EN

Dünyada ən çox istifadə edilən 10 şifrə açıqlandı

Kibertəhlükəsizlik şirkəti dünyada ən çox istifadə edilən şifrləri açıqlayıb.

KONKRET.az həmin şifrələri təqdim edir.

Sıra Şifr Qırmaq üçün nə qədər vaxt lazımdır? Neçə İnsan İstifadə edir?
1 123456 1 saniyə 23,2 milyon
2 password 1 saniyə 3,6 milyon
3 123456789 1 saniyə 2,9 milyon
4 12345 1 saniyə 2,5 milyon
5 12345678 1 saniyə 2,4 milyon
6 qwerty 1 saniyə 1,9 milyon
7 1234567 1 saniyə 1,5 milyon
8 111111 1 saniyə 1,2 milyon
9 1234567890 1 saniyə 1 milyon
10 123123 1 saniyə 950 min

Yuxarıdakı siyahıdakı şifrlər hakerlərin ən çox sınadığı şifrlər sırasındadır. Bu şifrlərdən hər hansı birini istifadə edən hər kəs təhlükəsizlik riskini əhəmiyyətli dərəcədə artırır. Güclü və mürəkkəb şifrlərin yaradılması onlayn təhlükəsizliyin təmin edilməsində çox mühüm addımdır.

Qeyd edək ki, şifrlərinizdə böyük və kiçik hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan istifadə etməklə təhlükəsizliyinizi artıra bilərsiniz. Bundan əlavə, hər platformada fərqli şifrdən istifadə etmək və şifrinizi mütəmadi olaraq yeniləmək kibertəhlükəsizlik baxımından alına biləcək sadə, lakin təsirli tədbirlərdəndir./milliaz

Chosen
8
4
konkret.az

5Sources