EN

Belə bir vaxtda ölkəmizin COP29-a ev sahibliyi etməsi təqdirəlayiqdir - İmanlı

Azərbaycan son illərdə sürətlə inkişaf etməkdə davam edir. Ölkəmiz daha bir tarixi ilkə imza atıb.

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O bildirib ki, Azərbaycan artıq dünyada özünə məxsus yerini müəyyənləşdirə bilib:

"Cənab Prezident 44 günlük Vətən Müharibəsi ilə dünyaya, beynəlxalq aləma ölkəmizin gücünü, nüfuzunu bir daha bəyan etdi. Son dövrlər Azərbaycanda görülən işlər iqlim dəyişikliyi ilə bağlı keçirilən COP29 əleyhdarlarının üzlərinə sanki bir sillə kimi dəydi".

Professor vurğulayıb ki, Azərbaycan gəncliyi özünün gələcəyi ilə artıq fəxr edə bilər:

"Dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan deyilən bir məmləkəti artıq hər kəs tanıyacaq. 2024-cü ilin noyabrı Azərbaycan üçün tarixə atılan bir imzadır. COP29-la bağlı dövlət başçıları, dünyanın tanınmış bu sahə üzrə mütəxəssisləri, qeyri-hökumət təşkilatları, dünyanın aparıcı maliyyə təşkilatları Azərbaycanda toplaşaraq bu ciddi və vacib konfransda, xüsusilə 2009-cu ildə Danimarkada keçirilən COP zamanı irəli sürülmüş ideyanı reallaşdırmaqla bağlı xüsusi bəyanat qəbul etdilər”.

Onun fikrincə, COP29 kimi beynəlxalq bir tədbirin ölkəmizdə keçirilməsinə mane olmağa çalışanların iç üzü açıldı:

"Nəticə etibarilə COP29 yüksək səviyyədə keçirilməkdə davam edir. Bəzi qüvvələr anti-Azərbaycan siyasəti yürütməkdə maraqlı idilər. Çünki onlar çox yaxşı bilir ki, ərazilərində istehsal prosesində havanın çirklənməsində mühüm rol oynayan, milyonlarla gəlir götürdükləri zavodların qarşısı alınacaq".

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir:

"Bu xidmətlər Azərbaycanın gələcəyi, inkişafı üçün unudulmaz töhfələr verəcək. COP29 sayəsində demək olar ki, 5 milyarddan çox insan Azərbaycan barəsində daha məlumatlı oldu. Prezident sübut etdi ki, inkişaf etməkdə olan dövlətlərə yardım ilə onları dünyaya tanıtmaqda Azərbaycan birinci olacaq. Azərbaycan öz humanistliyini göstərərək inkişaf etməkdə olan dövlətlərə yardımın edilməsi istiqamətində işlərə davam edəcək. Beynəlxalq aləmin iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çaldığı bir zamanda ölkəmizin COP29-a ev sahibliyi etməsi təqdirəlayiqdir".


Müəllif: Teleqraf.com
Chosen
8
teleqraf.com

1Sources