EN

Paşinyan Ermənistanın müstəqillik bəyannaməsini “böyük faciə” adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik bəyannaməsini “böyük problem və faciə” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

“Son illərdə mən müstəqillik bəyannaməsini dəfələrlə oxudum və dəhşətli nəticəyə gəldim ki, bu bəyannamənin mahiyyəti odur ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan nədir və onun vətəndaşı kimdir. Əsl Ermənistan vətəndaşı o kəsdir ki, bu yerdən kənarda Vətən axtarmır”, – deyə o, qeyd edib.

Bizim.Media

Chosen
11
bizim.media

1Sources