EN

COP29-un prezidenti: Geri çəkilən buzlaqlar səbəbindən şirin su ehtiyatları sürətlə azalır

Regionumuz geri çəkilən buzlaqlar səbəbindən artan risklərə məruz qalır.

"Report" xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Mərkəzi və Qərbi Asiyada Buzlaqların Əriməsinin Qarşısının Alınması üçün İqlim Dəyişikliyi və Regional Əməkdaşlıq mövzusunda keçirilən nazirlərin görüşündə deyib.

O bildirib ki, nəticədə şirin su ehtiyatları sürətlə azalır, su qıtlığına, səhralaşmaya və kənd təsərrüfatı məhsuldarlığının azalmasına səbəb olur, yaşayış və ekosistemlərə güclü təsir göstərir.

M.Babayev qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır, Böyük Qafqazdakı buzlaqlar əhəmiyyətli dərəcədə kiçilir:

"Azərbaycan son zamanlarda su idarəetməsini təkmilləşdirmək, resursların qiymətləndirilməsini yaxşılaşdırmaq və inteqrasiya olunmuş idarəetmə, innovativ texnologiyalar və regional əməkdaşlıq vasitəsilə iqlim risklərini həll etmək üçün Milli Su Strategiyasını qəbul edib. Cavabımız əməkdaşlıq, adaptiv və gələcəyə yönəlik olmalıdır".

Chosen
13
operativmedia.az

1Sources