EN

Paşinyan Müstəqillik Bəyannaməsini oxuyub və dəhşətə gəlib

“Son illərdə bizim Müstəqillik Bəyannaməsini on dəfələrlə təkrar oxudum. Belə bir dəhşətli nəticəyə gəldim. Müstəqillik Bəyannaməsinin məzmunu ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bu gün, noyabrın 14-də Milli Assambleyada 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi çərçivəsində bəyan edib.

“Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə əsl Ermənistan kimdir, əsl Ermənistan nədir sualı var. Əsl Ermənistan vətəndaşı odur ki, bu ölkədən kənarda vətən, dövlət axtarmır, çünki axtarıb, axtarıb, axtarıb. Necə ki, mən vətənimi - Ermənistan Respublikasını axtardım və tapdım”, - deyə Baş nazir bildirib.

Chosen
11
cebheinfo.az

1Sources