EN

İslam İnkişaf Bankı Qız Qalası su anbarı üçün ilk krediti imzalamaqdan qürur duyur - Bankın prezidenti

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) Qarabağda Qız Qalası su anbarılayihəsi üçün ilk krediti imzalamaqdan qürur duyur.

Trend xəbərverir ki, bu barədə jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankıqrupunun prezidenti Məhəmməd Əl-Casir deyib.

"Biz çox qürur duyuruq ki, biz İslam İnkişaf Bankı olaraq,təxminən 1,6 milyon insana xidmət göstərəcək Qarabağda Qız Qalasısu anbarı layihəsi üçün ilk krediti imzalamışıq", - o bildirib.

O qeyd edib ki, bu, çox mühüm inkişaf layihəsidir.

“Prezident İlham Əliyevi əmin edirəm ki, biz buradamövcudluğumuzu genişləndirməyi səbirsizliklə gözləyirik.Maliyyələşdirə biləcəyimiz layihələrin sayını genişləndirmək üçünbizim imkanlarımız var. Biz İslam İnkişaf Bankı ilə Azərbaycanarasında iqtisadi inkişafın bir çox sahələrində əlaqələrigenişləndirməyi gözləyirik.

Biz çox həyəcanlıyıq. Biz çox pozitivik. Və biz bu ölkədə yeni,mühüm layihələri gözləyirik”,- deyə o bildirib.

Qeyd edək ki, daha öncə Azərbaycan Prezidenti İlham Əliyevin vəİslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə“Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “QızQalası su anbarından magistral suvarma kanalının tikintisi”layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan RespublikasıHökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki YardımQrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalınıntikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişafBankı arasında “Qız Qalası su anbarından magistral suvarmakanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
17
4
az.trend.az

8Sources