Sosial şəbəkələrdə aparılan sorğu xeyli səs-küyə səbəb olub. Sorğuda "ən seksual türk qadını" Zeynep Bastık seçilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Bastık seçildikdən sonra sosial media ikiyə bölündü.
Məşhur müğənni aldığı ada layiq olduğu ilə bağlı şərhlərlə yanaşı, əks fikirdə olanlar da öz fikirlərini şərh ediblər. Bəzi istifadəçilər "Çox gözəl qadındır", "Düşünürəm ki, bu ada layiqdir" desələr də, bəzi istifadəçilər "Münsiflər heyəti necə seçdi?", "Gözəl görməyiblər?" suallarını yazıblar.
Vüsalə İbrahimli