"Neftçi"nin yetirməsi olan Ziya Məmmədli karyerasını Region Liqasında mübarizə aparacaq "Xankəndi"də davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, o, 12 yaşından 19 yaşınadək "Neftçi"nin aşağı yaş qruplarında, əvəzedici heyətində çıxış edib və bu müddət ərzində dörd dəfə ölkə çempionu olub.
Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geymiş 22 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan" və "İmişli" klublarının da şərəfini qoruyub.