Rusiyanın Novosibirsk şəhərində əsgərlər hərbi hissədə üsyan (bunt) qaldırıblar.
Gununsesi.info-nun sosial mediaya istinadən verdiyi xəbərə görə, bir qrup hərbçi hərbi hissənin binasına zərər yetirirərə, qaçıblar.
Üsyana səbəb isə hərbçilərin Ukraynada cəbhəyə göndərilməmək tələbi olub. Onlar kazarmada iğtişaş törədib və yeri tərk ediblər.
Bu hadisə bir çox rus hərbçilərinin Ukraynaya qarşı döyüşmək istəmədiyinin bir daha sübutudur.
Cəbhədəki çoxsaylı itkilər və pis şərait fonunda əsgərlər arasında narazılıq artır. İnsan haqları təşkilatlarının məlumatına görə, Rusiya ordusunda bu cür etiraz aksiyaları getdikcə tez-tez baş verir.
Â