Böyük Britaniyanın müdafiə naziri Con Healey rəsmi görüşlər keçirmək üçün Ankaraya gəlib.
SİA-nın əldə etdiyi məlumata görə Milli müdafiə naziri Yaşar Gülər britaniyalı həmkarını Milli Müdafiə Nazirliyində mərasimlə qarşılayıb.
Hərbi mərasimdən sonra təkbətək görüş keçirilib.
İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında keçirilən görüşə Gülər və Healey sədrlik edib.
Danışıqlar zamanı Türkiyənin “Eurofighter” qırıcı təyyarəsi tədarükü də müzakirə olunub.