İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn “üç şir”in futbolçularının yığmadan kütləvi gedişi ilə bağlı vəziyyəti şərh edib.
Arena.az xatırladır ki, Eron Ramzdeyl, Trent Aleksander-Arnold, Levi Kolvill, Deklan Rays, Bukayo Saka, Koul Palmer, Cek Qriliş, Filip Foden və Carred Brantueyt İngiltərə yığmasının düşərgəsini tərk edərək öz klublarına qayıdıblar.
Harri Keyn komanda yoldaşlarının bu qərarını belə şərh edib:
“Mən düşünürəm ki, İngiltərə hər şeydən üstündür. İngiltərə klubdan üstündür, bu, peşəkar futbolçu üçün ən vacib xüsusdur. Qaret (Sautqeyt) buna əmin idi və bəzi oyunçuların fikirləri dəyişsə, qərar verməkdən çəkinmirdi. Bu həftə hər şeyin dəyişə bildiyini düşünürəmmi? Əlbəttə, bunun bu həftə baş verməsi acıdır.
Mövsümün çətin dövrüdür və bəlkə də bundan azacıq yararlandılar. Düzünü desəm, bu, heç xoşuma gəlmir. İngiltərə hər şeydən və hər hansı bir klubdan üstündür”, – “Sky Sports” Keynin qətiyyətli mövqeyini sitat gətirir.
Xatırladaq ki, İngiltərə yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları çərçivəsində noyabrın 14-də Yunanıstan yığması və noyabr 17-də isə İrlandiya yığması ilə qarşılaşacaq.