EN

COP29-da əmək bazarının gələcəyi müzakirə edilib

COP29 konfransı çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) pavilyonunda "Qlobal Əmək Bazarı Dayanıqlılıq İndeksi - 2024"ün təqdimatına həsr olunmuş yüksək səviyyəli müzakirə keçirilib.

Müzakirənin əsas mövzusu yaxın gələcəkdə əmək bazarının üzləşəcəyi çağırışlar olub.

"Gələcək peşələrin 80%-dən 85%-ə qədəri hələ mövcud deyil. Bugünkü təhsilin problemi odur ki, biz gənclərimizə gələcəkdə köhnələ biləcək bilikləri öyrədirik", - ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qeyd edib.

Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat” sabahın problemlərinin həlli yollarından biridir: "Buna görə də əsas diqqət uşaqların "yaşıl təhsil”lə təmin olunmasına, onun dəyərlərinin və üstünlüklərinin təşviqinə yönəldilməlidir".

Chosen
7
1
aznews.az

2Sources