EN

Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanındadır - Vüqar Rəhimzadə

Bakı. Trend:

COP29-un dördüncü günüdür. Arxada qalan günlərin xronologiyasınadiqqət yetirdikdə hər günün mühüm hadisələrlə, müasir dövrün əsasçağırışlarından olan iqlim dəyişmələrinin yaratdığı problemlərləbağlı geniş müzakirələrin aparılması və qarşıya mühüm vəzifələrinqoyulması ilə yadda qaldığını görürük. Noyabrın 12-də COP29-unLiderlər Sammitinin açılışı oldu, noyabrın 13-də isə COP29çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS)Sammiti keçirildi. Hər iki sammit səsləndirilən mühüm çağırışlarlahazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Dövlətimizinbaşçısı İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərininSammitindəki çıxışında bu məqamları xüsusi qeyd etdi ki, AzərbaycanCOP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləriilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik adadövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Prezident İlhamƏliyev inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişiolan ölkələrə müraciət etdi ki, kiçik ada dövlətlərinə maddi vətexniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlimdəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Azərbaycan kiçik adadövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. QoşulmamaHərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıqölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitaryardım göstərdi. Həmin ölkələrin üzləşdiyi çağırışların aradanqaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasınıtəşkil edir.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev Sammitdəkiçıxışında Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdəndə bəhs etdi. Bildirdi ki, Yeni Kaledoniya və Fransa PolineziyasıBMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər.Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya iləüzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarınınaparıldığını vurğulayan dövlətimizin başçısı onu da bildirdi ki,rəsmi Paris torpaqların çirkləndirilməsində, zərərin vurulmasındagünahkardır. Dənizaşırı ərazilərdə olan cinayətlərə diqqət yönəldəndövlətimizin başçısı bu yaxınlarda Fransa tərəfindən insanhüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyadanümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşınqətlə yetirildiyini və yaralandığını diqqətə çatdırdı. BMT-nin Başkatibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik adadövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlimdəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının buölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətinvəziyyətdə olduqlarını diqqətə çatdırdı.

Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycan COVID-19 pandemiyasıdövründə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinəmaddi yardımlar göstərdi, Prezident İlham Əliyev “peyvəndmillətçiliyi”nə qarşı mübarizə çağırışı ilə vaksinlərin ədalətlibölünməsi təşəbbüsünü irəli sürdü. Hazırkı dövrdə neokolonializmmeyillərinin artmasından narahatlığını Bakı Təşəbbüs Qrupunuyaratmaqla bildirən Azərbaycanın qısa müddətdə gördüyü işlərbeynəlxalq səviyyədə dəstəklənir. Fransanın beynəlxalq hüquqa vəədalətə zidd olan müstəmləkəçilik siyasəti Prezident İlham Əliyevtərəfindən Qoşulmama Hərəkatının sammitlərində də gündəməgətirildi, qınanıldı. Təbii ki, Fransanın bu mənfur siyasətinə sonqoyması üçün digər dövlətlərin də Azərbaycanın ədalətli mövqeyinidəstəkləməsinə böyük zərurət var. Son illərdə neokolonializmə qarşımübarizə bütün Afrika ölkələrini bürüyüb. Fransanın Avropadankənarda idarə etdiyi ərazilərdə törətdiyi qətliamları, soyqırımlarıtəsdiqləyən xeyli sayda faktları sadalamaq olar. Dövlət başçısıİlham Əliyev sözügedən Sammitdəki çıxışında bu faktları da diqqətəçatdırdı ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis vəFutuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası,Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransamüstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao,Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrininxalqları bu gün - XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyətçəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilərkimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ dəyubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanınapardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulmasıilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədəzəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiyasəviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illərboyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək,həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərinvurulduğunu görərik.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti daim beynəlxalqmüstəvidə atdığı hər bir addımla sübut edib ki, o,müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cürtəzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərininSammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalqhüquqa söykənən addımları təqdir edildi. Bildirildi ki, COP29çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirintəşkilinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadəedirlər. COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlimmaliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü böyük təəssüratbağışladı.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin hər birçıxışı bəzi dünya güclərinə çağırışları ilə zəngindir. Prezidentİlham Əliyev Sammitdəki çıxışında da Avropa təsisatlarınaxəbərdarlıq etdi. Bildirdi ki, əgər Avropanın əsas diplomatı CozepBorrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllikadlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası ParlamentAssambleyasından daha nə gözləmək olar?!. Əgər biz cəngəllikiksə,onda bizdən kənar durun və işlərimizə qarışmayın. AzərbaycanQoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstəkverib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdədostlarımızı dəstəkləməkdə davam edəcək.

Məqalədə:
Chosen
6
7
az.trend.az

8Sources