EN

Nazirdən qəribə qadağa: Getdiyi yerlərdə bananlar yığışdırılır

İsveçin gender bərabərliyi naziri  Paulina Brandberq qəribə qadağası ilə diqqət çəkib.

Yenicag.azExpressen“ə istinadən xəbər verir ki, nazirin getdiyi yerlərdə, qatıldığı tədbirlərdə bananın olmamasına xüsusi diqqət yetirilir.

Nəşrin yazdığına görə, bununla bağlı qurumlara rəsmi yazılar da göndərilib.

Nazirin bu addımının isə mümkün iki səbəbi olacağı bildirilir: Ya o, “bananafobiya”dan əziyyət çəkir, ya da nazirin banana qarşı allergiyası var.

Məsələ ilə bağlı dövlət qurumundan hansısa açıqlama verilməyib.

Chosen
38
yenicag.az

1Sources