EN

Siqareti tərgidən futbolçulara "iPhone" hədiyyə edildi

Rusiyanın "Spartak" (Kostroma) klubunun futbolçularına siqaretdən imtina etdikləri üçün "iPhone hədiyyə edilib
Viktoriya Alekseeva

Rusiyanın "Spartak Kostroma” klubunun qurucusu Dmitri Xotimski siqaretdən istifadəni dayandıran iki futbolçuya "iPhone 16 Pro Max" hədiyyə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə klubun inkişafı üzrə baş direktorun müavini Yelena Troşkina məlumat verib. 

"Ümid edirik ki, ən son "iPhone" onları həvəsləndirəcək. Amma yenə də inanırıq ki, əsas motivasiya ümumi sağlamlıq və çox bahalı dişlərdir. Biz baxacağıq və bundan sonra nə baş verdiyini görəcəyik, lakin indiyə qədər klubumuzda yalnız iki nəfər bunun öhdəsindən gələ bilib", deyə Troşkina bildirib.

Oktyabrın 1-də məlum olub ki, klub rəhbərliyi tütündən imtina edən futbolçulara telefonlar verəcək. Komandanın oyunçuları iki ildir ki, bu vərdişindən qurtula bilmirlər və Xotimski tütünün istifadəsi ilə bağlı suala cavab olaraq futbolçuların yarıdan çoxunun poliqrafiya testindən keçmədiyini etiraf edib.

Problemi həll etmək üçün Xotimski radikal həll yolunu təklif edib: tütündən imtina edib nikotin testindən keçə bilən istənilən oyunçu ən son "iPhone"u alacaq.

"Spartak Kostroma" İkinci Liqanın A Divizionunda çıxış edir. Komanda 17 oyunda 29 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Aydın

Chosen
6
qaynarinfo.az

1Sources