EN

Qırğız nazir: Təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq lazımdır - EKSKLÜZİV

Qırğızıstan iqlim dəyişikliyinin mənfi nəticələrini tam şəkildə öz üzərində hiss edir.

Bunu “Report”a müsahibəsində Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeyev deyib.

Onun sözlərinə görə, gerisayıma 2004-cü ildən, təbii fəlakətlərin tezliyinin üç dəfə artdığı zamandan başlamaq olar.

“Həmin il ölkədə 360-dan çox sel hadisəsi baş verdi, 1000-dən çox evə ziyan dəydi, əksəriyyəti qadın və uşaq olmaqla 22 nəfər öldü. Bu, təkcə güclü yağışların nəticələridir. Keçən il və bu il yüksək seysmik aktivlik qeydə alınıb: əgər əvvəllər ayda uzağı iki yeraltı təkan qeydə alınırdısa, indi 4-5 maqnitudalı təkanlar hər gün qeydə alınır. Elə təkcə bu ilin ilk 8 ayında təbii fəlakətlərdən dəymiş ziyan 1,8 milyard som və ya təxminən 21,2 milyon ABŞ dolları təşkil edib”, - nazir qeyd edib.

Ajikeyev bildirib ki, regionda təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq zəruridir, çünki beynəlxalq maliyyə institutlarının vahid maliyyələşdirmə proqramı çərçivəsində ümumi problemin təsirinə məruz qalan ölkələr qrupu ilə işləməsi daha əlverişlidir.

“COP29 konfransı yeni iqlim çağırışlarının müzakirəsi üçün əla platformadır. İki gün ərzində biz fövqəladə hallar və mənfi iqlim dəyişikliyi ilə bağlı 15-ə yaxın mühüm görüş keçirdik. Hidrometeorologiya və meşə təsərrüfatı xidmətləri, eləcə də Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı kimi maliyyə institutları və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq məsələləri müzakirə edildi. Adi şəraitdə bir belə görüşün təşkili beş günə qədər çəkə bilərdi. Konfransın təşkilatçılığı da - pavilyonların yerləşdiyi yerdən tutmuş təmizliyin təmin olunmasına qədər hər şey ən yüksək səviyyədədir”, - B.Ajikeyev vurğulayıb.

Chosen
22
far.az

1Sources