İspaniyanın "Real" (Madrid) klubu uzun müddət zədədən əziyyət çəkən futbolçusu David Alabanı satmaq niyyətində deyil.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ötən il çarpaz bağı yırtılan avstriyalı müdafiəçi 2025-ci ildə meydanlara qayıdacaq.
"Kral klubu"nun rəhbərliyi ona güvəndiyi üçün yollarını ayırmağı düşünmür.
Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın XVII turunda, "Vilyarreal" ilə matçda ciddi zədə almışdı.