“Bakıya gəlməyimə və COP29-da iştirak etməyimə çox şadam. Tədbir yüksək səviyyədə keçirilir”.
Bu sözləri Globalinfo.az-a COP29 tədbiri zamanı açıqlamasında Pakistan İslam Respublikasının maliyyə naziri Muhammad Aurangzebin deyib.
O, Azərbaycan və Pakistan arasında iqlim dəyişmələri ilə bağlı ortaq layihələrin olduğunu vurğulayıb:
“Pakistanı iqlim məsələləri üzrə ən dəyərli ölkəyə çevirməyi düşünürük. Burada da bu mövzu ətrafında fikir mübadiləsi aparılır. Biz iqlim dəyişmələrinə qarşı mübarizəni artırmağa tam sadiqik”.
Maliyyə naziri Azərbaycan və Pakistan arasında investisiya və ixrac axınının potensialının böyük olduğunu deyib:
“Azərbaycan və Pakistan olaraq hazırda investisiya layihələrinə istiqamətlənmişik. Çünki Azərbaycanın və Pakistanın böyük dəhliz və Qərb dəhlizində potensialı güclüdür. İnşallah, yaxın aylarda Azərbaycan və Pakistan arasında bu layihələrin inkişafı üçün xüsusi addımlar atılacaq”.