EN

İsveçli nazirin QƏRİBƏ FOBİYASI: Onun olduğu iclaslarda...

İsveçin gender bərabərliyi naziri Paulina Brandberg “bananafobiya”dan əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, bu barədə “Expressen” məlumat yayıb.

Bildirilib ki, nazir bunu hələ2020-ci ildə etiraf edib və özünün “X” hesabında "Məndə dünyanın ən qəribə fobiyası var - banan qorxusu" açıqlama verib.

Nəşr bunun bir növ "allergiya" olduğunu izah edir və məmurların Brandberqi banandan necə qoruduğunu izah edir. Belə ki, nazirin iştirakı ilə tədbir təşkil edilməzdən əvvəl Əmək Nazirliyindən elektron məktubda onun yerləşəcəyi binada banan olmamalıdır.

Expressen-in sorğusuna cavab olaraq Brandberg bunun həqiqətən fobiya olduğunu təsdiqləyib. O, "peşəkar yardım aldığını" əlavə edib.

Bizim.Media

Chosen
15
2
bizim.media

3Sources