EN

Muzeyə 1 milyard dollardan qiymətli hədiyyə bağışlanıldı - FOTO

Ser Persival Devid Fondu 3-20-ci əsrlərə aid Çin keramika kolleksiyasını Britaniya Muzeyinə bağışlayıb. Buraya 1700-dən çox məhsul daxildir. Kolleksiya 2009-cu ildən muzeyin müvəqqəti istifadəsində olsa da, bu il eksponatların tamamilə köçürülməsinə qərar verilib.

 

Sfera.az bildirir ki, qədim Çin keramika kolleksiyası İngiltərə muzeyləri tarixində ən bahalı hədiyyə olub.

 

Kolleksiyada ən qiymətli əşyalar 1351-ci ilə aid “David vazaları” hesab olunur ki, onun kəşfi ağ-mavi keramikaların tarixləşdirilməsində inqilab olub. Buraya 1086-cı ildə Sonq sülaləsinin saray üçün hazırlanmış Ru Yao çini və 15-ci əsrdə Çenxua İmperatoruna şərab vermək üçün istifadə edilən "toyuq fincanı" da daxildir.

 

Böyük Britaniyanın yaradıcı sənaye, incəsənət və turizm naziri Kris Brayant da sevincini gizlətməyib:

 

 “Mən bu fenomenal səxavət aktına görə sonsuza qədər minnətdaram və həqiqətən ümid edirəm ki, bu, başqaları üçün nümunə olacaq”. 

 

Qeyd edək ki, Britaniya Muzeyindəki Çin keramika kolleksiyasının ümumi həcmi 10 min eksponatdır. Bu, Çindən kənarda olan ən böyük kolleksiyadır.

 

 Xanım

Chosen
21
sfera.az

1Sources