EN

"Hamı pozitivdir, Azərbaycanla oyunu səbirsizliklə gözləyirik"

İsveç komandasının hücumçusu Aleksandr İsak Millətlər Liqasının C1 qrupunun 5-ci və 6-cı turlarının Slovakiya (16 noyabr) və Azərbaycana (19 noyabr) qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan isveçli hücumçu bunları deyib:

“Milli komandaya qayıtmaq həmişə xoşdur. Komandamızda yaxşı harmoniya var.

Hamı pozitivdir. Slovakiya və Azərbaycanla iki vacib oyunu səbirsizliklə gözləyirik".

İsveç - Azərbaycan oyunu Solnadakı “Strouberri Arena”da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Chosen
35
sportinfo.az

1Sources