EN

"Barselona" Ter Ştegeni ƏVƏZLƏMƏYƏCƏK

"Barselona"nın idman direktoru Deku zədəli olan Mark-Andre Ter Ştegenin yerinə yeni qapıçı transferinə münasibət bildirib.

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o deyib:
 

"Bizim prioritetimiz Ter Ştegendir. Onun hələ 3 illik müqaviləsi var. Biz heç kimi Ter Ştegenin yerinə transfer etməyəcəyik".


Mütəxəssis "Portu"nun qapıçısı Dioqo Koşta ilə maraqlanmadığını qeyd edib: "Mən onun yerinə olsaydım, əmin olmazdım, "Barselona"da ikinci qapıçı olardım, ya yox. Biz onunla danışıqlar aparmırıq. Ona "Portu" ilə nailiyyətlər əldə etməyə arzulayıram".

Qeyd edək ki, Mark-Andre Ter Ştegen zədə səbəbindən mövsümü erkən başa vurub. "Barselona" bu səbəbdən karyerasını yayda bitirmiş Voyçex Şensnı ilə bir illik müqavilə imzalayıb.

Bizim.Media

Chosen
9
2
bizim.media

3Sources