EN

Mask İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb

Amerikalı iş adamı və siyasətçi İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüş keçirib. Görüşdə Tehran və Vaşinqton arasında gərginliyin aradan qaldırılması yolları müzakirə olunub.

Bu barədə “ The New York Times” İran rəsmilərinə istinadən yazır.

“İki İran rəsmisi görüşü İran və ABŞ arasında gərginliyin aradan qaldırılması yollarının müzakirəsi kimi qiymətləndirib”, – nəşr yazıb.

Qəzetin yazdığına görə, görüş bir saatdan çox davam edib və gizli yerdə baş tutub. İranlılar bunu “müsbət” adlandırıb və “yaxşı xəbər” olduğunu qeyd ediblər.

Amerikanın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl ABŞ-ın xarici siyasətini necə formalaşdırmaq niyyətində olduğu barədə daha əvvəl məlumat verilmişdi.

DOĞRU.AZ

Chosen
17
dogru.az

1Sources