EN

Denzel Vaşinqton “Black Panther 3” filmində çəkiləcəyini açıqlayıb

Yazını böyüt
Yazını kiçilt

Mükafat mövsümü yaxınlaşdıqca, yeni “Gladiator II” filmi sayəsində Denzel Vaşinqtonun adı artıq bir daha Oskarla yanaşı çəkilir, lakin o, daha da irəliyə baxır.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, 69 yaşlı Vaşinqton Avstraliyanın “Today” proqramına verdiyi son müsahibəsində karyerası və gələcək layihələri haqqında danışıb.

Vaşinqton avqustda deyib ki, onun çəkəcəyi “çox az film” qalıb. Amma indi o, “Black Panther 3”ün onlardan biri olduğunu açıqlayıb.

Mükafat qazanan aktyor bu günlərdəki layihələr seçiminin "hər şey rejissorla bağlı" olduğunu və "yalnız ən yaxşılarla işləməkdə maraqlı olduğunu" söyləyib.

Aktyor "Daha neçə film çəkəcəyimi bilmirəm" deyərək, "Yəqin ki, çox deyil. Əvvəllər etmədiyim işləri görmək istəyirəm" deyə bildirib.

İkiqat Oskar mükafatı laureatı Vaşinqton karyerasının əvvəlində və cəmi 22 yaşında olarkən Şekspirin "Otello"sunda baş qəhrəmanı canlandırdığını xatırladıb. Usta aktyor Cek Qillenhaalla birlikdə rol aldığı Şekspirin 2025-ci ilin fevralında “Broadway”da nümayiş etdiriləcək əsərinə toxunaraq, “Mən 70 yaşımda yenidən Otello obrazını canlandırmaq üzrəyəm. Bundan sonra Hannibalı oynayacağam. Daha sonra Stiv Makkuinlə bir film haqqında danışıram. Bundan sonra Ryan Kuqler mənim üçün növbəti “Black Panther”da rol yazır. Sonra Otello filmində, sonra Kral Liri oynayacam. Sonra təqaüdə çıxacağam” deyib.

2018-ci ildə Zadvik Boseman, Lupita Nyongo və Maykl B. Jordanın rol aldığı “Black Panther” yalnız tənqidi bəyənmə qazanmaqla yanaşı, kassada 1,3 milyard dollardan çox gəlir əldə edərək Marvel Sinematik Kainatının imza seriyalarından biri olub.

Boseman 2020-ci ildə, 43 yaşında, kolon xərçəngi ilə əlaqəli ağırlaşmalar səbəbiylə ölüb.

2022-ci ilin davamı “BlackPanther: Wakanda Forever” Boseman üçün bir hörmət idi. Vakanda və xalqının hekayəsini davam etdirən film kassada da uğur qazanıb.

Marvel hələ rəsmən “Black Panther” seriyasının üçüncü filmini açıqlamayıb.

Chosen
15
hafta.az

1Sources