EN

Trampın vəzifəyə gələn kimi görəcəyi ilk iş məlum oldu

Noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-da yenidən prezident seçilən Donald Trampın vəzifəyə başlayacağı gün ilk işi müəyyənləşib.

News24.az xəbər verir ki, İsrailin “Kanal 12” televiziyasında yayımlanan məlumatda Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında prezident seçkilərindən sonra telefon danışıqlarının birində ABŞ-ın Tel-Əvivə silah transferlərinin gündəmə gətirildiyi qeyd edilib.

Görüş zamanı Trampın Ağ Evdə vəzifəyə başladığı ilk gün Netanyahuya İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verdiyi bildirilib.

ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdə prezident seçildikdən sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb. 

Qeyd edək ki, Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə prezident səlahiyyətlərinin icrasına başlayacaq.



Chosen
14
4
news24.az

5Sources