Xorvatiya Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatı alacaq.
KONKRET.az xəbər verir ki, alınacaq PUA-ların sayı 6-dır.
Xorvatiyanın müdafiə naziri İvan Anusiç pilotsuz uçuş aparatlarının tədarükünə təcili ehtiyac olduğunu bildirib.
Nazirin açıqlamasına görə, Xorvatiya alınacaq “Bayraktar TB2” sistemləri üçün təxminən 86,4 milyon avro ödəyəcək.
Məlik,
KONKRET.az