EN

Azərbaycan COP29 hədəflərini genişləndirdi

Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası xüsusi əhəmiyyətə malikdir. Çünki sammit dayanıqlı enerji həllərinə keçidin sürətləndirilməsinə, eləcə də getdikcə intensivləşən iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarının hazırlanmasına yönəlib.

Bunu Bakıda 29-cu iqlim konfransında iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib. İqlim problemləri ilə mübarizənin əhəmiyyətini diqqətə çatdıran D.Beçiroviç Bosniya və Herseqovinanın emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün göstərdiyi səyləri qeyd edərək vurğulayıb: “Sammitdə iştirakım bu mühüm dialoqa – iqlim davamlığına nail olmaq və təbii ehtiyatları qorumaq üçün Bosniya və Herseqovinanın qlobal səylərə verdiyi töhfədir. Bu mühüm qlobal toplantıda iştirak edən çoxsaylı dövlət və hökumət başçıları iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətin aktuallığını daha da vurğulayırlar”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri paylaşımında, həmçinin COP29 çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirdiyini bildirib.

Chosen
4
4
xalqqazeti.az

10Sources