EN

Qırğızıstan COP29 iştirakçılarını regional layihə olan Kambarata SES-1-ə qoşulmağa çağırıb

Bakı. Trend:

Qırğızıstan COP29 iştirakçılarını regional layihə olan KambarataSES-1-ə qoşulmağa çağırıb.

Trend xəbər verir ki, bubarədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev COP29çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda bildirib.

“Bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrinicrası Qırğızıstanda və ümumilikdə regionda su resurslarının dahasəmərəli istifadəsinə və idarə olunmasına şərait yaradaraq, ekolojicəhətdən təmiz enerji istehsalını təmin edəcək. Bu tədbirlər təkcəbizim ölkəmizin deyil, digər dövlətlərin və regionların da enerji,ekoloji və qida təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfəverəcək.

Energetika nazirlərini, beynəlxalq ictimaiyyətin nümayəndələrinivə konfrans iştirakçılarını Mərkəzi Asiyanın çaylarının mənbəyindəyerləşən regional Kambarata SES-1 layihəsinə qoşulmağa çağırıram,”– deyə İbrayev vurğulayıb.

Onun sözlərinə görə, bu layihənin unikallığı Qırğızıstan,Qazaxıstan və Özbəkistanın, eləcə də Dünya Bankının dəstəyi iləbütün səylərinin əlaqələndirilmiş şəkildə birləşməsindənibarətdir.

“Əminəm ki, yalnız "yaşıl" gündəm çərçivəsində koordinasiyalıfəaliyyət hər kəsin inkişafına, həmçinin hökumətlər, özəl sektor vəbeynəlxalq maliyyə institutları arasında tərəfdaşlıq layihələrininmöhkəmlənməsinə imkan yaradacaq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
10
1
az.trend.az

2Sources