EN

Sülh Azərbaycanın əsas prioritetidir - Ceyhun Bayramov

Bakı. Trend:

Sülh Azərbaycanın əsas prioritetidir. İqlim dəyişikliyi qidatəhlükəsizliyi ilə bağlı problemi də gücləndirir, su qıtlığını vətorpağın deqradasiyasını sürətləndirir. Bunlarda öz növbəsindəmiqrasiyaya aparır.

Trend xəbər verir ki, bufikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov noyabrın15-də Bakıda Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmışBirgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda,Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq MiqrasiyaTəşkilatının (İOM) birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heçkimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəlipanel iclasında deyib.

İqlim dəyişikliyinin yaratdığı fəlakətlərin qeyri-sabitliyindərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunuoynadığını vurğulayan nazir qeyd edib:

“Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağındeqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlimböhranını daha da artıracaq və sülhə, dayanıqlığa, inkişafa zərərgətirəcək”.

Ceyhun Bayramov əlavə edib ki, 2021-ci ilədək 355 milyon evtəsərrüfatı, təxminən 1,3 milyard insan iqlim təhlükələrinə məruzqalıb. Beş yüz milyondan çox insan münaqişə və ya münaqişəyəmeyilli ərazilərdədir. Ən həssas təbəqənin artan səsinə cavabolaraq, COP29 Sədrliyi son bir neçə ay ərzində iqlim və sülhəlaqəsi üzrə birgə fəaliyyəti gücləndirmək üçün beynəlxalq səylərərəhbərlik edir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
11
17
az.trend.az

10Sources