EN

Yaponiya şahzadəsi vəfat etdi

Yaponiya şahzadəsi Yuriko Mikasa 101 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “NHK” telekanalı Yaponiya İmperator Evinin İdarəsinə istinadən məlumat yayıb. 

Yuriko Mikasa indiki İmperator Naruhitonun babası olan İmperator Hirohito Şouanın kiçik qardaşı Şahzadə Takahito Mikasanın dul arvadı idi. 

Y.Mikasa noyabrın 15-də səhər saatlarında vəfat edib. O, imperator ailəsinin ən yaşlı üzvü idi. Qeyd edək ki, Şahzadə martın əvvəlində beyin infarktı səbəbilə Tokiodakı Müqəddəs Luka Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Ona həmçinin Aspirasion pnevmoniya diaqnozu qoyulmuşdu.  

Bizim.Media

Chosen
8
bizim.media

1Sources