EN

Rumıniyalı nazir Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək yaşıl dəhlizin əhəmiyyətindən danışıb

“Biz Azərbaycan, Gürcüstan və Macarıstan, indi də Bolqarıstan və bəlkə də Moldova Respublikası ilə birlikdə bu çağırışa cavab verməyə hazırıq, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən bu yaşıl dəhlizi formalaşdıracaq və enerji körpüsü rolunu oynayacağıq.”

APA xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29 çərçivəsində COP29 Enerji Təşəbbüsləri üzrə Nazirlər Toplantısı (Qlobal Enerji Saxlama və Şəbəkələr Müddəasının işə salınması) mövzusunda baş tutan plenar sessiyada deyib.

“Düşünürəm ki, biz bu gün dünya qarşısında qeyri-mümkün görünən bir dilemma qarşısındayıq: Təhlükəsiz enerji, əlverişli və rəqabətədavamlı enerji, yaşıl enerji. Nelson Mandela bir dəfə demişdi ki, bir şey bitənə qədər həmişə qeyri-mümkün görünür. Beləliklə, indi biz bunu həyata keçirməliyik və bunun üçün məncə üç şeyə ehtiyacımız var. Birincisi, bu yaşıl dəhlizlərlə bağlanan dünyanı ifadə edən və xalqımızın rifahı üçün yaratmalı olduğumuz bu bağları qırmaqdır”, - nazir qeyd edib

Or bildirib ki, dünyada hələ də elektrik enerjisindən məhrum olan yüz milyonlarla insan var: “Ən azından dünyanın bizim yaşadığımız hissəsində enerji çox bahadır. Bu, sənayemizin rəqabət qabiliyyətini azaldır. İnfrastruktur investisiyalarına ehtiyac trilyonlarla ölçülür və biz həmişəkindən daha çox səfərbər olmalıyıq. Buna isə kifayət qədər vaxtımız yoxdur. Bizə bu gözəl vədləri insanlar üçün layihələrə, gerçəyə çevirmək istəyi lazımdır. Bunu etmək asan deyil”.

Chosen
10
apa.az

1Sources