EN

Azərbaycanla AİİB potensial əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında potensial əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

"Operativ Mmedia" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində AİİB-in prezidenti Jin Liqun ilə görüşüb. Azərbaycanın 2016-cı ildən AİİB-lə əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirən nazir Bankın üzv ölkələrdə infrastrukturun inkişafına verdiyi dəstəyi qeyd edib. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.

İ.Liqun təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əlaqələrini qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən, yaşıl enerji və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

Chosen
18
3
operativmedia.az

9Sources