Bakı. Trend:
"Yaşıl" hədəflərə çatmaq üçün 3 əsas element vacibdir.
Trend xəbər verir ki, bunuRumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Dialoquzamanı bildirib.
"Bu gün qarşımızda mürəkkəb, lakin mümkün olan bir vəzifədayanır. Biz həm təhlükəsiz, əlçatan, rəqabətədavamlı, həm dəekoloji cəhətdən təmiz enerji ilə dünyanı necə təmin edəcəyimizəqərar verməliyik. İndi hərəkət etməyin vaxtıdır. Mənim fikrimcə,bunun üçün üç əsas elementə ehtiyacımız var.
Birincisi, ümumi baxışdır. Dünyanı qarşılıqlı əlaqəli bir sistemkimi görməliyik, burada bütün ölkələr ümumi yaşıl dəhlizlərləbirləşir. Bu baxış təcrid və ayrılma meyillərini istisna edir.Əksinə, xalqlarımızın rifahına xidmət edəcək əlaqələrigücləndirməliyik.
İkincisi, təxirəsalınmazlıqdır. Bu gün dünyada yüz milyonlarlainsan hələ də elektrik enerjisinə çıxışdan məhrumdur. Bizimregionda enerji qiymətləri hələ də çox yüksəkdir ki, bu da həm evtəsərrüfatlarına mənfi təsir edir, həm də sənayenin rəqabətqabiliyyətini azaldır. Bundan əlavə, enerji təchizatıtəhlükəsizliyi təhdid altındadır. İnfrastruktur investisiyalarıtrilyonlarla dollarla ölçülür və bu günə qədər olduğundan daha çoxresurs səfərbər etməliyik. Üstəlik, vaxtımız məhduddur.
Üçüncüsü, fəaliyyətə hazırlıqdır — iddialı vədləri konkretlayihələrə çevirmək lazımdır. Biz kabelləri, yeni meqavatları vəenerji sistemlərimizdə real nəticələri görməliyik. Bu, çətin birçağırışdır, lakin Rumıniya olaraq biz bu çağırışı qəbul etməyəhazırıq", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.