EN

Qazaxıstan COP29-da yeni təşəbbüslərlə çıxış edib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) Qazaxıstan pavilyonunda Karbon Fondunun yaradılması və karbon bazarlarının rəqəmsal transformasiyasına həsr olunmuş tədbir keçirilib.

“İki sahil” Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə aparıcı ekspertlər, dövlət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

İştirakçılar Qazaxıstanın davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əsas təşəbbüslərini müzakirə ediblər.

Tədbir Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi QSC tərəfindən təşkil olunub.

Tədbir zamanı Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Erlan Nısanbayev Paris Sazişinin məqsədlərinə nail olmaq üçün kollektiv səylərin vacibliyini, eləcə də əsas operator kimi bütün ekoloji ödənişlərin konsolidasiyası məqsədilə Karbon Fondunun yaradılmasının vacibliyini vurğuladı.

İştirakçılar Qazaxıstanın davamlı inkişafına nail olmaq və iqlim çağırışları ilə səmərəli mübarizə aparmaq üçün dövlət, biznes və elmi ictimaiyyət arasında gələcək əməkdaşlığın zəruriliyi qənaətinə gəliblər. (AZƏRTAC)

Chosen
13
ikisahil.az

1Sources