“Rusiya ABŞ-nin daxili işlərinə qarışmaq fikrində deyil”.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasına namizədlərlə bağlı jurnalistlərin sualını şərh edərkən deyib.
“Biz Amerikanın daxili işlərinə qarışmaq fikrində deyilik, bunu etmək fikrimiz də yoxdur”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Donald Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində yenidən qalib gələrək ABŞ-nin 47-ci prezidenti olub.
Daşqın HəsənovMissiya.Az