EN

Almaniyalı nümayəndə: İqlim böhranını təkbaşına həll edə bilmərik

“İqlim böhranını və ya qeyri-sabitliyi təkbaşına həll edə bilmərik”.

APA xəbər verir ki, bunu Almaniya Federal Xarici İşlər Nazirliyinin İqlim Təhlükəsizliyi Departamentinin rəhbəri Kristina Vegelein COP29 –un Mətbuat mərkəzində COP29 Sədrliyi tərəfindən keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, iqlim maliyyəsi bu COP-da çox vacibdir:

“Hamımız bilirik ki, söhbət rəqəmlərdən gedir. İqlim dəyişikliyindən təsirlənən ölkələr üçün daha çox vəsait toplanmalıdır. Lakin məsələnin digər tərəfi bu vəsaitin iqlim böhranından daha çox zərər görən ölkələrə çatmasıdır və bu, həmişə təmin olunmur. Tələb olunan vəsait milyonlarla, trilyonlarla və ya milyardlarladırsa, bu vəsaitlərə çıxışın olduğundan əmin olmalıyıq. Həqiqətən çox istəyirik ki, xərclənən vəsait ən həssas təbəqələrə və münaqişənin təsirinə məruz qalanlara, onların iqlimlə bağlı uzunmüddətli fəaliyyət planına çatsın. Biz birlikdə işləsək daha təsirli və daha səmərəli ola biləcəyimizi düşünürük".

Chosen
17
2
apa.az

3Sources