EN

COP29 çərçivəsində keçirilən Enerji Günündə mətbuat konfransı təşkil olunub

COP29 çərçivəsində keçirilən Enerji Günündə mətbuat konfransı təşkil olunub.

Olaylar xəbər verir ki, mətbuat konfransında çıxış edənlər COP29 Sədrliyinin təşəbbüsləri, ölkəmizin həyata keçirdiyi yaşıl enerji layihələrindən söz açıb, bu təşəbbüslərin qlobal enerji keçidindəki əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, Azərbaycan təcrübəsinə əsaslanan və yaşıl enerji dəhlizlərinin, yaşıl enerji zonalarının yaradılmasını təşviq edən "Yaşıl enerji vədi", "Enerji saxlama və şəbəkələr öhdəliyi", "COP29 hidrogen bəyannaməsi" kimi 3 əsas enerji təşəbbüsü qeyd olunub.

Azərbaycanın enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyə inteqrasiyası imkanlarından danışılıb.

İştirakçılara, həmçinin Azərbaycan ərazilərində, xüsusilə Şərqi Zəngəzurda yaşıl enerji zonasının yaradılmasından, yaşıl enerjiyə keçid, bu istiqamətdə bir çox beynəlxalq əməkdaşlıq imkanları haqqında məlumat verilib.

Azərbaycanın bir çox ölkələrlə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji sazişlər imzaladığı diqqətə çatdırılıb. Bundan əlavə, Təmiz Enerji Mərkəzinin açılacağı bildirilib.

Mətbuat konfransında Azərbaycanın yaşıl enerjiyə keçid sahəsindəki əzmkarlığı və yaşıl gələcək naminə qlobal həmrəyliyə sadiq olduğu bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
4
olaylar.az

5Sources