EN

Trampın vəzifəyə gələn kimi edəcəyi ilk iş məlum oldu

Noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-da yenidən prezident seçilən Donald Trampın vəzifəyə başlayacağı gün ilk işi müəyyənləşib.

Milli.Az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəsinin ilk günündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verib.

İsrail mediası Trampın bu vədi prezident seçkilərindən dərhal sonra Netanyahu ilə telefon danışığında verdiyini yazıb.

Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdə prezident seçildikdən sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb. Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Nərmin 
Milli.Az

Chosen
12
4
milli.az

5Sources