EN

Elşad İskəndərov: COP Bakı İqlim və Sülh Fəaliyyəti Qovşağını birgə fəaliyyətləri təşviq etmək vasitəsi kimi təqdim edir

"COP Bakı İqlim və Sülh Fəaliyyəti Qovşağını əməkdaşlıq platforması və birgə fəaliyyətləri təşviq etmək vasitəsi kimi təqdim edir".

APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğu” mövzusunda Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov deyib.

Səfir qeyd edib ki, COP tarixində ilk dəfə olaraq biz COP Sədrliyi kimi öz təşəbbüsümüzü hazırlamadıq:

“Əksinə, artıq mövcud olan təşəbbüslərin birgə fəaliyyət göstərməsi üçün platforma yaratdıq. Bu təşəbbüslərə COP27-nin “Sülhün davam etdirilməsi üçün iqlim reaksiyaları”, COP28-in “İqlim, Yardım, Bərpa və Sülh haqqında Bəyannamə” və “Sülh üçün İqlim” kimi təşviqat prosesindən kənarda olan vacib təşəbbüslər daxildir.”

“Biz Bakıda yerləşəcək Bakı Qovşağının sahibləri olaraq, bu platformanı bir çox maraqlı tərəflər və ilk növbədə, ən həssas ölkələr üçün təqdim etməyə hazırıq. Cəsarətli və inklüziv həllər təqdim etmək üçün birlikdə bu kritik anı dəyərləndirməliyik,” - Elşad İskəndərov bildirib.

Mirvari Əzizova

Chosen
9
1
apa.az

2Sources