EN

“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalandı - Foto

COP29 çərçivəsində İtaliyanın  “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi nümayəndə heyəti “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda olub.

“Qafqazinfo” xəbər verir ki, italiyalı qonaqlarla “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev arasında görüş olub.

Daha sonra “AzərEnerji” ilə “Ansaldo Energia” arasında dekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşma memorandumu imzalanıb.

 “AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dair təcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu "yaşıl enerji" keçidinə mühüm töhfə verəcək.


Chosen
5
11
qafqazinfo.az

10Sources