EN

Güclü yağış: Küçələri 5 dəqiqədə su basdı

Dünən Portuqaliyanın cənubundakı Alqarve bölgəsinə yağan güclü yağış sel fəlakətinə səbəb olub.

News24.az xəbər verir ki, Albufeyra rayonunda küçələr cəmi 5 dəqiqə ərzində su altında qalıb.

Yağış səbəbindən rayonda iş yerləri su altında qalıb və Monkarapaço bölgəsində avtomobilləri sel suları aparıb.

Eyni zamanda, ölkənin cənubunda yerləşən Faro bölgəsində bu gün yerli vaxtla saat 21:00-a qədər güclü daşqın xəbərdarlığı edilib.

Günel Məlikzadə

Chosen
44
news24.az

1Sources