EN

Abdullah Gül kürdlərin müdafiəsinə qalxdı

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül “Əl-Məcəllə”nin baş redaktoru İbrahim Həmidi ilə müsahibədə “PKK və YPG ilə mübarizədə Dəməşq ilə Ankara arasında əməkdaşlıq ola bilərmi?” sualına cavab verib. 

"Cebheinfo.az" xəbər verir ki, o, suala cavabında "Hər şeydən əvvəl kürdlərin Türkiyə, İraq, Suriya və İranda mövcud olan böyük bir etnik qrup olduqlarının qəbul edilməlidir",- deyib. 

Gül "Məncə, kürdlər öz ölkələrində bərabər vətəndaş olmalıdır. 

Onlar azadlıqdan və qanunla təmin edilən bütün hüquqlardan istifadə etməlidirlər. İstər kürd və ya başqa millətdən olan bütün vətəndaşlara əsas hüquqlar tanınmalıdır", - deyib.

Suriyadakı bəzi kürd icmalarının şəxsiyyət vəsiqəsi belə olmadığını bildirən Gül "Ancaq biz bütövlükdə kürd xalqı ilə terror təşkilatı olaraq PKK-nı açıq şəkildə ayırmalıyıq",-deyib.

Gül sözlərini belə davam etdirib: "1970-1980-ci illərdə PKK və Abdullah Öcalan Suriya ərazisində fəaliyyət göstərib. PKK Ankara ilə Dəməşq arasında Adana müqaviləsi imzalandı 1998-ci ilə qədər təhlükəsizlik və sabitlik boşluğunu istismar etməyə davam etdi.

Türkiyə ilə Suriya arasında terror təşkilatlarına qarşı əməkdaşlıq, ortaq hərəkətə gəlincə, bunun həm mümkün, həm də zəruri olduğunu düşünürəm. Adana razılaşmasının müddəaları ölkədəki terrorçularla bu cür əməkdaşlığın əsasını təşkil edə bilər. Ancaq terrorçularla  ölkədə yaşayan kürd vətəndaşları bir-birindən ayırmaq lazımdır”.

Chosen
17
cebheinfo.az

1Sources