EN

Dünya Bankı Avropa və Mərkəzi Asiyada enerji səmərəliliyi planlarını COP29-da açıqladı

Bakı. Trend:

Avropa və Mərkəzi Asiyada yaxın zamanlarda yaşanan enerjiböhranı regionun qalıq yanacaqlardan həddindən artıq asılı olduğunuvə mövcud enerji sisteminin zəifliklərini üzə çıxardı.

Trend xəbər verir ki, bubarədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentiAntonella Bassani Bakıda keçirilən COP29 çərçivəsində panelmüzakirədə çıxışı zamanı bildirib.

A.Bassani regionun enerji sistemindəki çatışmazlıqlaratoxunaraq, onun transformasiyasına ciddi ehtiyac olduğunuvurğulayıb.

"Təbii qaz və elektrik enerjisi qiymətlərindəki kəskin artımistehlakçılara təsir göstərdi, enerji asılı sektorlara ziyan vurduvə xüsusilə enerji yoxsulluğunun hələ də yüksək olduğu bölgədəhəssas ev təsərrüfatlarına ağır zərbə vurdu", - o deyib.

A.Bassani enerji səmərəliliyi məsələlərinə toxunaraq bildiribki, enerji səmərəliliyinin artırılması proqramı tələbat yönümlüproblemlərin həllinə hədəflənmiş 10 illik çoxölkəli təşəbbüsdür. Butəşəbbüs çərçivəsində Dünya Bankı təxminən 1,5 milyard dollarvəsait ayıracaq. Gözlənilir ki, proqram dövlət və özəl sektordan,eləcə də, beynəlxalq tərəfdaşlardan əlavə olaraq 2,5 milyard dollarcəlb edəcək.

A.Bassani əlavə edib ki, Mərkəzi Asiya daha ciddi enerjiçağırışları ilə üzləşib.

"Mərkəzi Asiyanın qaz idxalından asılılığı Avropa ilə müqayisədədaha aşağıdır, lakin 2020 və 2022-ci illərin sərt qışlarınəticəsində infrastrukturun xroniki maliyyə çatışmazlığı səbəbindənbölgədə enerji və istilik çatışmazlığı kəskin şəkildə hiss olundu",- o bildirib.

Vitse-prezident qeyd edib ki, bölgənin enerji vəziyyətinarahatedici olaraq qalır.

"Bu gün bölgədə dünyanın ən çox enerji sərf edəniqtisadiyyatlarından bəziləri yerləşir və bəzi ölkələrdə elektrikenerjisinin cəmi 10 faizdən azı bərpa olunan mənbələrdən istehsalolunur. Bu problemlər enerji təhlükəsizliyinin təmin edilməsinə,enerji resurslarının əlçatanlığına və dayanıqlı inkişafa nail olmaqüçün diqqətin artırılmasının zəruriliyini göstərir. Bu, qalıqyanacaqlardan asılılığın azaldılması, bərpa olunan enerji və enerjisəmərəliliyi sahəsində investisiyaların sürətləndirilməsi iləmümkündür", - A.Bassani bildirib.

O vurğulayıb ki, dəyişikliklər artıq başlayıb.

"Region öz enerji balansını transformasiya edərək və təmizenerjiyə keçidi sürətləndirərək, düzgün istiqamətdə irəliləyir.Avropa və Mərkəzi Asiyanın doqquz ölkəsi 2050-2060-cı illərə qədərkarbon neytrallığına nail olmağı öhdəsinə götürüb. Bundan başqa,ötən il Dubayda keçirilmiş COP28-də 18 ölkə bərpa olunan enerjigücünü üç dəfə artırmağa və 2030-cu ilə qədər enerjisəmərəliliyinin artım tempini ikiqat artırmağa söz verib", -A.Bassani bildirib.

O qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün ciddi səylər tələbolunacaq.

"Belə iddialı planların həyata keçirilməsi bərpa olunan enerjimənbələrindən geniş istifadəni və enerji səmərəliliyininartırılmasını tələb edəcək ki, bu da öz növbəsində böyükinvestisiyalar və özəl sektorun fəal iştirakını tələb edir", - deyəo bildirib.

A.Bassani qeyd edib ki, Dünya Bankı bu məqsədlərə nail olmaqüçün iki genişmiqyaslı təşəbbüs həyata keçirib.

"Bu ilin əvvəlində biz iki proqram başlatdıq: biri enerjisəmərəliliyinin artırılmasına, digəri isə bölgədə bərpa olunanenerjinin inkişafına yönəlib. Bərpa olunan enerji üzrə çoxölkəliproqram ilkin mərhələdə təxminən 2 milyard dollar maliyyə iləbaşlayıb. Gözlənilir ki, bu proqram ekoloji təmiz enerji üçün əlavə6 milyard dollar özəl investisiya cəlb edəcək və digər beynəlxalqtərəfdaşların güzəştli maliyyə dəstəyi ilə birgə maliyyələşdirməimkanları yaradacaq", - Antonella Bassani əlavə edib.

Bu təşəbbüslər Avropa və Mərkəzi Asiya regionlarında enerjiböhranını aradan qaldırmaq və enerji sisteminin dayanıqlıinkişafını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
1
az.trend.az

2Sources