Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. A. Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr, Böyük Britaniyanın Kembric Universitetini isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi ilə bitirib.
O, müxtəlif illərdə “ATL” Şirkətlər qrupu, “SAQA” gəmi təmiri şirkəti və fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb.
Arif Ağayev bu təyinata qədər ADY sədrinin müşaviri vəzifəsində çalışıb. O, sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.