EN

Yeni sosial platforma: Bluesky “X”ı sürətlə sıradan çıxarır

Köhnə Twitter, yeni “X”dən qlobal “kütləvi köç” başladı. Yeni ünvan "Gəlin yenidən əylənək" şüarı olan Blueskydir.

Bakupost.az -ın Milliyet.com-a istinadən verdiyi məlumata görə, ABŞ-də prezident seçkisində Donald Trampın qələbəsində mühüm rol oynayan İlon Maska məxsus “X” milyonlarla izləyicisi olan rəsmi hesablarını bir-bir itirir. Böyük Britaniyada yerləşən sol-liberal nəşr olan “The Guardian” qəzeti noyabrın 13-dən etibarən “X” hesabında xəbər paylaşmağı dayandırıb.

Qərarla bağlı verdiyi açıqlamada qəzet rəhbərliyi tətbiqdən istifadənin zərərlərinin faydalarından çox olduğunu bildirib. CNN televiziyasının məşhur ekran siması Don Lemon da X-dən ayrıldığını açıqladı və onun bir vaxtlar "açıq və dürüst müzakirə" mühiti təmin etdiyini, lakin indu bunun mümkün olmadığını bildirdi.

“Yenidən əylənək”

Twitter-in qurucusu Cek Dorsinin idarə etdiyi Blueskyın bu şüarı "X"də senzura və manipulyasiya alqoritmləri ilə bağlı tənqidlərə cavab olaraq şərh edilib. Yeni platformanın tətbiqi bu şüarla açılır: "Lazım olduğu kimi sosial media. Milyonlarla istifadəçi arasında yerinizi tapın, yaradıcılığınızı üzə çıxarın və yenidən əylənməyə başlayın."

Bluesky ideyası 2019-cu ildə Twitter-də yarandı, lakin 2022-ci ildə Twitter-in keçmiş CEO-su Cek Dorsinin dəstəyi ilə özünün ictimai fayda şirkətinə çevrildi. 2006-cı ildə Twitter-i quran və 2021-ci ildə baş direktor vəzifəsini tərk edən Dorsi hazırda Bluesky Direktorlar Şurasında işləyir. Platforma 2022-ci ilin aprelində keçmiş Twitter proqram mühəndisi Jay Graberin də yeni platformanın işə salınmasına kömək etmək üçün komandaya daxil edildiyini bildirdi.

CNN International-ın məlumatına görə, son 90 gündə istifadəçi sayını iki dəfə artıran Bluesky, təkcə keçən həftə təxminən 2,5 milyon yeni istifadəçi qazanaraq, bununla da 16 milyonu keçib.

Tesla və SpaceX-in baş direktoru İlon Mask, məlum olduğu kimi, 2022-ci ildə Twitter-i 44 milyard dollara satın aldı. Bundan dərhal sonra dörd yüksək səviyyəli idarəçini işdən çıxaran Mask, platformanın alqoritmi və adı da daxil olmaqla bir çox dəyişiklik etdi və seçki prosesi zamanı alqoritmə müdaxilə edərək Trampa dəstək verməkdə günahlandırıldı.

Rəhman Mirzəlizadə, Bakupost
Chosen
15
bakupost.az

1Sources