Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Prezident Putin və kansler Şolts telefonla danışıblar. Onların söhbəti təxminən bir saat davam etdi”, - agentlik qeyd edib.
Bildirilir ki, siyasətçilər 2022-ci ilin dekabrından bəri ilk dəfə bir-biri ilə danışıblar.
***
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı haqda məlumat yayıb..
“Almaniya tərəfinin təşəbbüsü ilə 2022-ci ilin dekabrından bəri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolz arasında ilk telefon danışığı baş tutub”, - deyə məlumatda bildirilir.
Tərəflər Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Rusiya prezidenti vurğulayıb ki, Moskva heç vaxt münaqişənin siyasi-diplomatik həllindən əl çəkməyib və iyun ayında Xarici İşlər Nazirliyində səslənən təkliflər əsasında danışıqlara açıqdır.
“Rusiyanın təklifləri hamıya məlumdur və xüsusilə iyun ayında Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışda açıqlanıb”, - məlumatda qeyd edilib.
Bundan əlavə, Putin bildirib ki, Rusiya ilə Almaniya arasında münasibətlərin korlanması Berlinin qeyri-dost kursu səbəbindən baş verib.
Həmçinin Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.