EN

Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq - Muxtar Babayev

İqlim dəyişikliyində hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək.

Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, COP28-də hüquq-mühafizə orqanlarının rolu yüksək qiymətləndirilib:

"Biz COP29-da da bunu davam etdirməyə çalışırıq. Missiyamız aydındır: ekoloji cinayətlər, heyvan və dəniz canlılarının iqlim dəyişikliyinin təsirinə məruz qalması, ekosistemlə bağlı tədbirlər görmək və s. Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq".

Chosen
4
5
avtosfer.az

9Sources