EN

Selena Qomez şöhrətinə görə peşman olub

Müğənni və aktrisa Selena Qomez gənc yaşında qazandığı şöhrətə görə peşman olduğunu bildirib.

Oxu24.com xəbər verir ki, O, bu barədə Elle jurnalına müsahibəsində danışıb.

32 yaşlı Qomez erkən populyarlığının onun üzərinə böyük məsuliyyət qoyduğuna inanır. Təzyiq üzündən qız çox şeyin öhdəsindən gəlməli oldu, bu da onun taleyinə təsir etdi.

“Bəlkə də gözləməyə və özünüz üçün bir az yaşamağa dəyərdi. Məncə, belə gənc yaşda başlamaq lazım deyildi. Böyük təzyiq mənə öz mənlik hissini inkişaf etdirməyimə mane oldu. Çox çətin vaxt idi,”,- deyə  Selena bildirib.

Bununla belə sənətçi əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, ailəsinə və ulduz statusuna gedən yolda ona dəstək olan hər kəsə minnətdardır.

Selena Qomezin gözəllik brendi sayəsində milyarder statusu aldığı daha əvvəl bildirilmişdi.

 

Nigar

Chosen
24
2
oxu24.com

3Sources