EN

Fransa-İsrail oyunundakı davaya görə 40 nəfər SAXLANILDI

Millətlər Liqasının Fransa - İsrail oyunundan sonra 40-a yaxın azarkeş saxlanılıb.

Bizim.Media xəbər verir ki, "Stad de Frans" stadionunda keçirilən qarşılaşma zamanı tribunalarda dava düşüb.

Dava Fransada yaşayan müsəlmanlarla yəhudilər arasında olub. Yayılan məlumatlarda israilli azarkeşlərin ilk hücum edən tərəf olduqları bildirilib. Polisin müdaxiləsindən sonra fanatlar sakitləşdirilib. "L’Équipe" nəşrinin yazdığına görə qarışıqlıq salanlardan 20-i buraxılıb.

Oyun 0:0 hesabı ilə yekunlaşıb və İsrail qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində Amsterdamda keçirilən “Ayaks” – “Makkabi” (5:0) matçından sonra insident yaşanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
16
1
bizim.media

2Sources