EN

Elçin Muxtarlı: "Vərəm əleyhinə mübarizədə yeni texnologiyalar və maarifləndirmə vacibdir"

“Süni intellektdən istifadə edərək günəş enerjisini, Vərəm molekulyar laboratoriya testlərini və portativ rentgen müayinələrini birləşdirən inteqrə olunmuş sistem: vərəmin diaqnostikası üçün yeni konsepsiya” adlı tədbirdə çıxış edən Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri, “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı çıxışında vərəm əleyhinə mübarizədə müxtəlif sahələrdə fəaliyyət göstərən insanlardan ibarət bir qrupun olduğunu və hər birinin vərəmlə mübarizəyə töhfə vermək istədiyini vurğuladı.

QHT.az xəbər verir ki,  bu tədbir Səhiyyə Nazirliyi, İsveçrənin Stop TB Tərəfdaşlığı (STBP) və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası və Milli QHT Forumunun təşkilatçılığı ilə keçirilib. Elçin Muxtarlı Vərəm Əleyhinə QHT Koalisiyasının 2022-ci ildə FUJİFİLM şirkəti tərəfindən təqdim edilən və süni intellektə malik olan RENGİN aparatı ilə ölkəmizə yeni innovativ metodların gətirildiyini qeyd etdi:
 
“Bu gün burada nümayiş etdirilən avadanlıqlardan biri, vərəm xəstəliyinin aşkarlanmasında və müalicəsində vacib bir texnoloji vasitədir. Bu texnologiyalarla eyni zamanda, vərəmə yoluxmuş şəxsləri daha effektiv şəkildə aşkar edə, onların müalicəsini izləyə və maarifləndirmə işini daha geniş ərazilərə yaymağa imkan veririk. Koalisiyamızda 10 təşkilat fəaliyyət göstərir və hər birimiz Azərbaycanın ucqar kəndlərində, çətin ərazilərdə səhiyyə xidmətlərini artırmaq üçün çalışırıq.”
 
QHT sədri vərəm xəstəliyi ilə mübarizədə yalnız texnologiyaların deyil, eyni zamanda insanların maarifləndirilməsi və müalicə prosesinin maliyyə baxımından dəstəklənməsinin də çox vacib olduğunu qeyd etdi. O, FUJİFİLM aparatının əlçatmaz yerlərə aparılması, burada vərəm şübhəsi olan şəxslərin aşkar edilməsi və müalicəyə cəlb edilməsi üçün həyata keçirilən fəaliyyətləri də önə çəkdi.

Chosen
7
3
qht.az

4Sources